NOVRUZ DƏRDİ

“Novruz” dastanında işlənmiş bu ifadə deyim kimi yayılmışdır.

Eşq əlindən dərdə düşmək mənasında işlənir.

Açılıb dağların əlvan lalası,

Ana, mənim dərdim Novruz dərdidi.

Mən çəkdiyim – nazlı yarın balası,

Ana, mənim dərdim Novruz dərdidi.

                                                       (“Novruz”)

NOVRAQ ƏRƏB
NÖVRAQ
OBASTAN VİKİ
Novruz
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Novruz (ad)
Novruz — Azərbaycan kişi adı və təxəllüs. Novruz Rizayev — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Qurbanov — Azərbaycanın Milli Qəhrəmanı. Novruz ağa Oyrot — Elxanlı sərkərdəsi. Novruz Qartal — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Novruz Axundov — Azərbaycan aktyoru və rejissoru. Novruz Ağayev — biblioqraf, tədqiqatçı, şair. Bu təxəllüsü olan tanınmış şəxslər Cabir Novruz — Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi.
Novruz Allahverdi
Novruz Allahverdiyev
Novruz Aslanov
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Novruz Axundov
Novruz Ağa oğlu Axundov (9 may 1938, Naxçıvan) — Azərbaycan aktyoru və rejissoru. Novruz Ağa oğlu Axundov 1938-ci il may ayının 29-da Naxçıvanda doğulub. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdandır. Uşaq ikən ailəsi Bakıya köçüb. Ailə əvvəl Kürdəxanı, sonra Pirşağıda yaşayıb. Novruz Axundov 1955-ci ildə Kürdəxanı orta məktəbini bitirib. 1962-ci ildə İncəsənət İnstitutunun "Kino və dram aktyorluğu" fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun tələbəsi olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib. Novruz Axundov "Əhməd haradadır" filmində "Uzunduraz Oqtay" rolunu oynayıb.
Novruz Azərbaycanda
Azərbaycanda Novruz bayramı və ya Azərbaycan Milli Yeni İli — Azərbaycanda baharın və Yeni ilin gəlişinin qeyd edilməsi. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Ədəbiyyatşünas Əzizə Cəfərzadə "Xıdır Nəbi" bayramı haqqında yazırdı: Tədqiqatçı "Unudulmuş əziz günlərimizdən" adlı məqaləsində bu bayramı xüsusi araşdırır, mahiyyəti, mənası haqqında ətraflı məlumat verirdi. Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı haqqında isə yazırdı: Əzizə Cəfərzadə çillə çıxarmaq bayramının ağrılı-acılı Kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinc bayramı olduğunu vurğulayırdı. Bu bayramın daha çox qadınlar arasında və hansısa bir işinin düzəlməsini əhd edənlərin keçirdiyini bildirirdi: XX əsrin 1920-ci illərinə qədər Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi. 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi.
Novruz Ağayev
Ağayev Novruz Ağagül oğlu (1870 (Bakı)—1948 (Bakı)) — biblioqraf, araşdırmaçı, şair N.Ağayev şəxsi mütaliə yolu ilə fars dilini, Yaxın və Orta Şərq xalqlarının tarixi və ədəbiyyatını yaxşı öyrənmişdir. Xüsusilə Məhəmməd Füzuli, Ömər Xəyyam, Əlişir Nəvai kimi klassikləri gözəl bilirdi. O, Bakıdakı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ilə təmasda olmuş, bu məclisin ən görkəmli iştirakçılarından olan Mirzə Abdülxalıq Cənnəti ilə dostluq etmişdir. XX əsrdə Azərbaycan bibliofil və biblioqrafları arasında bir kitab aşiqi kimi tanınan Novruz Ağayev Bakının Saray kəndində doğulmuşdur. Doqquz yaşında olanda ailələri Bakı şəhərinə köçür, o burada bir neçə il mollaxanada oxuyur; ailə vəziyyətlərinin ağırlığına görə gənc Novruz təhsilini yarımçıq qoymalı olur. Bir müddət baqqal, sonra daşyonan şagirdi işləyir. 1905-ci ildən Bakıda, Rusiya şəhərlərində ticarətlə məşğul olur. 1917-1920-ci illər arasında "Musavat" partiyasının üzvü olub siyasi fəaliyyət göstərir. Sovet hakimiyyəti illərində təsərrüfat idarələrində işləmişdir. Hələ cavan vaxtlarından kitab, qəzet, jurnal, əlyazma toplamağa və onları öyrənməyə böyük həvəsi olmuşdur.
Novruz Bayramı
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Novruz Cəfərov
Novruz Adil oğlu Cəfərov (d. 13 mart 1953) — Azərbaycan aktyoru. Azərbaycanın əməkdar artisti (2013), Ağdam Dövlət Dram Teatrının baş rejissoru (2017-ci ildən). Novruz Cəfərov 13 mart 1953-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olmuşdur. 1970-ci ildə Könüllü kənd orta məktəbini bitirib. 1971-ci ildə Azərbaycan Dİ institutunun “dram-kino aktyor”- u fakültəsinə qəbul olub. Professorlar; M.Məmmədov, F.Sultanov, Ə.Quliyev və xalq artisti aktyor H.Salayevdən dərs almışdır. 1975-ci ildə Azərbaycan Dİ institutunu bitirib; Şəki DD teatrına təyinat almışdır. 1975- ci ildən -1997-ci ilə qədər, tam 21 il Şəki DD teatrında aktyor işləmişdir. 1997- ci ildən aktyor kimi Gəncə DD teatrında çalışır.
Novruz Gəncəli
Novruz Gəncəli (azərb. Novruz Sadıqov İsmayıl oğlu‎; 12 sentyabr 1921, Maştağa, Bakı qəzası – 19 oktyabr 1995, Bakı) — Azərbaycan sovet yazıçısı. Novruz Gəncəli 12 sentyabr 1921-ci ildə Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olmuşdur. Səkkiz yaşında olarkən atasını itirən Novruz Gəncəli böyük qardaşı Qulamhüseyn Sadıqovun himayəsində yaşamışdır. Qardaşı Qulamhüseyn Sadıqov və anası H.Z. Tağıyev adına Toxuculuq fabrikində işə düzəlmiş, Novruz Gəncəli isə həmin fabrikin nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil almışdır. Bir müddət sonra Qulamhüseyn Sadıqovun təcrübəsi nəzərə alınaraq Gəncədəki fabrikə gönədrilir. O, orada baş mühəndis vəzifəsini icra edir. Beləliklə, Sadıqovlar ailəsi 1929-cu ildə Gəncəyə köçür. Novruz Gəncəli Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbində təhsilini davam etdirir. Lakin 1938-ci ildə qardaşı Qulamhüseyn Sadıqov vəfat edir və ailənin bütün qayğıları Novruz Gəncəlinin üzərinə düşür.
Novruz Haxverdiyev
Novruz Həmzəyev
Novruz Həsənov
Novruz Məmmədov
Novruz İsmayıl oğlu Məmmədov (15 mart 1947, Şıxmahmud, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının 9-cu baş naziri (2018–2019), ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi (2017–2018), Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini (2012–2017), Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri (1997 – 1 iyun 2017) və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri (1 iyun 2017 – 21 aprel 2018). Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib. Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir. Evlidir. Üç övladı və nəvələri var. Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Novruz Məmmədov 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993–1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir. 12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olmuşdur.
Novruz Novruzlu
Novruz Novruzlu (12 may 1960, Ordubad – 20 noyabr 2018, Bakı) — müğənni, aktyor, Savalan qrupunun bədii rəhbəri və Akademik Opera və Balet Teatrının solisti. Novruz Novruzlu 12 may 1960-cı ildə Ordubad şəhərində anadan olub. 5 yaşında ikən atasını itirib. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. Oxuduğu müddətdə "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. Universiteti bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib. Ömrünün sonunadək Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Novruz Novruzov
Novruzov Novruz Nəcəf oğlu (2 may 1954, Lerik rayonu) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı. Novruz Novruzov 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1971-ci ildə Lerik rayonundakı Səməd Vurğun adına Kolxozda kolxozçu kimi başlamışdır. 1971-ci ildən kolxozçu, fəhlə, Lerik rayonu Züvüc kənd orta məktəbində pioner baş dəstə rəhbəri, 1974–1976-cı illərdə isə hərbi xidmətdə olmuşdur. 1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən LKGİ Lerik Rayon Komitəsinin ikinci katibi, 1982-ci ildən Lerik Rayon Partiya Komitəsində təlimatçı, 1983-cü ildən LKGİ Lerik Rayon Komitəsinin birinci katibi, 1985-ci ildən Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987–1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləmişdir. Bir neçə çağırış rayon XD Sovetinin deputatı seçilmişdir. 1995–2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Novruz Qartal
Novruz Yaqub oğlu Əliyev (3 mart 1947, Bakı – 8 yanvar 2022, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb. 1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.
Novruz Quliyev
Novruz Quliyev (22 mart 1952, Əmirvarlı, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini (2005–2020), Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı. Biologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). Novruz Quliyev 1952-ci il martın 22-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1977-ci ildə SSRİ EA-nın Biokimya İnstitutunun aspiranturasını bitirib. 1978-ci ildə biologiya elmləri namizədi və 1992-ci ildə biologiya elmləri doktoru alimlik dərəcələrini alıb. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilb. 1974-cü ildə əmək fəaliyyətinə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda başlayıb. 1981-ci ilin may ayından AMEA-da böyük, aparıcı elmi işçi vəzifələrində çalışmışdır və hal-hazırda Botanika İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyir. 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
Novruz Qurbanov
Novruz Qurbanov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. 1975-ci il 2 iyun tarixində Ağstafa rayonunun Göycəli (Yuxarı Göycəli) kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. "N" saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda döyüşən gənc əsgər Novruz Qurbanov qəhrəmancasına həlak oldu. Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra "Azərbayvcanın Milli Qəhrəmanı" adı verilmişdir. Ağstafa rayonu Göycəli kəndində dəfn edilmişdir. Göycəli kəndində büstü qoyulmuşdur.
Novruz Rizayev
Novruz Kərim oğlu Rizayev (1883 və ya 1886, Ordubad, Naxçıvan qəzası – 30 iyul 1941) — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Rizayev 1886-cı ildə Azərbaycanın Naxçıvan vilayətinin Ordubad şəhərində qulluqçu ailəsində anadan olub. 1905-ci ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb. 1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rizayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb, məhz bu dövrdə İran Azərbaycanında baş verən proseslərdə iştirak edib və həm də çar rejiminin təqibləri ilə üzləşib. Novruz Rizayev 1927-ci il mayın 22-dən Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə başçılıq etmişdi. O, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır. Novruz Rizayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir. 30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir.
Novruz Rzayev
Novruz Kərim oğlu Rizayev (1883 və ya 1886, Ordubad, Naxçıvan qəzası – 30 iyul 1941) — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Rizayev 1886-cı ildə Azərbaycanın Naxçıvan vilayətinin Ordubad şəhərində qulluqçu ailəsində anadan olub. 1905-ci ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb. 1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rizayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb, məhz bu dövrdə İran Azərbaycanında baş verən proseslərdə iştirak edib və həm də çar rejiminin təqibləri ilə üzləşib. Novruz Rizayev 1927-ci il mayın 22-dən Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə başçılıq etmişdi. O, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır. Novruz Rizayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir. 30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir.
Novruz Səlimov
Novruz bayatıları
Novruz bayatıları— bayatı xalq şerinin əski nümunəsidir. Örnəklərdə Novruz bayramı və onun ənənələri öz əksini tapmışdır. Şərq xalqları klassik musiqisindəki 12 muğam və altı avazatdan əlavə qeydə alınmış 24 şöbədən biri.
Novruz bəy
Novruz bəy (v. 1640) — I Abbas (1588-1629) və I Səfinin (1629-1642) dövründə xidmət etmiş gürcü Tulaşvili tayfasından olan Səfəvi məmuru. O, bir vaxtlar görkəmli Səfəvi-gürcü hərbi və siyasi lideri olan İmamqulu xanın qızı ilə evləndi. 1626-1627-ci illərdə I Abbas Novruz bəyi Qarabağda Cavanşir tayfasına naib, onun bacanağı Davud xan Undiladzeni isə Qarabağa qalabəyi təyin etdi. Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran". Studia Iranica (32). 2003: 272. Maeda, Hirotake. The forced migrations and reorganisation of the regional order in the Caucasus by Safavid Iran: Preconditions and developments described by Fazli Khuzani // Ieda, Osamu; Uyama, Tomohiko (redaktorlar ).

Значение слова в других словарях